AZ

Meymunçiçəyi virusuna yoluxma ARTIR - ÜST AÇIQLADI

Bu il Afrikada 30 minə yaxın şübhəli meymunçiçəyi virusu faktı aşkarlanıb.

 

Sfera.az bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

 

Qurum həmçinin qeyd edib ki, avqust ayında dünyada 2082 meymunçiçəyiyə yoluxma faktı təsdiqlənib. Bu da 2022-ci ilin noyabrından bəri ən yüksək səviyyədir.

 

Ümumdünya Səhiyyə Təşkilatının dərc etdiyi hesabata görə, ilin əvvəlindən sentyabrın 15-dək Afrika qitəsində bu virusdan 812 nəfər ölüb.

 

Afrika Birliyi Xalq Sağlamlığı Agentliyi isə 2023-cü ildə sözügedən epidemiyadan təsirlənən 7 ölkədə 14 min 957 hadisənin və 739 ölüm halının aşkar edildiyini açıqlayıb. Agentlik həmçinin bildirib ki, 2022-ci ildə aşkarlanan virusa yoluxma sayı hazırda 78,5 faiz artıb.

 

Qeyd edək ki, Dünya Bankı şənbə günü epidemiya ilə mübarizə üçün 10 Afrika ölkəsinə 128,89 milyon dollar verəcəyini bəyan edib.

 

Türkan

Seçilən
116
17
sfera.az

10Mənbələr