AZ

"Məndə olan səs, fiqura səndə olsa..." - VİDEO

Sözləri ilə diqqət çəkən müğənni Afət Fərmanqızı onu izləyən izləyicisinə verdiyi cavabla yenə gündəm olmağı bacarıb. Milli.Az showclaba-a istinadən xəbər verir ki, türkiyəli sənətçi İbrahim Tatlısesin repertuarından "Haydi Söylə" mahnısını ifa edən Fərmanqızına onu izləyən izləyicisinin: "Nə olar, bir bu mahnıya dəymə!" - deməsi xanım sənətçini qıcıqlandırıb.

 

Afət açıb ağzını, yumub gözünü:

 

"Mən də olan səs, görünüş, fiqura sən də olsa, tursikdə gəzərsən. Bəsdir, xainlik etdin! 200 nəfər rəy yazıb, 199 adam bəyəndi. Bir sən bəyənmədin! Mənzərə ortadadır, bunun bir adı var: Xainlik!" - deyə, izləyicisinə cavab verib.

 

Tarix: 24 Sentyabr 2024, 19:53   
Seçilən
116
5
pravda.az

10Mənbələr