AZ

Azərbaycandan köçən gənclərin sayı kəskin artıb – Hansı ölkələrə üz tuturlar?

Ötən il daimi yaşamaq üçün başqa ölkələrə 15-29 yaşlarında olan 685 nəfər Azərbaycan vətəndaşı köçüb.Xaricə köçən azərbaycanlı gənclərin 166 nəfəri kişi, 519 nəfəri isə qadın olub.Müqayisə üçün qeyd edək ki, 2022-ci illə müqayisədə ötən il daimi yaşamaq üçün ölkəni tərk edən gənclərin sayı 2,3 dəfə artıb. Belə ki, 2022-ci ildə daimi yaşamaq üçün başqa ölkələrə üz tutan gənclərin sayı 295 nəfər olub və bunların 106-sı kişi, 189-u qadın olub.Məlumat üçün bildirək ki, ötən il azərbaycanlı gənclər daimi yaşamaq üçün ən çox Rusiyaya köçüblər. İl ərzində Rusiyaya 229 gənc köçüb və onların 77-si kişi, 152-si qadın olub. İkinci sırada Türkiyə qərarlaşıb. Türkiyəyə üz tutan azərbaycanlı gənclərin sayı 203 nəfər olub və onlardan 35-i kişi, 168-i qadın olub.Qeyd edək ki, ölkədən köçən azərbaycanlılar əsasən aşağıdakı ölkələrə üz tutublar:Rusiya – 229 nəfər (77 kişi, 152 qadın);Türkiyə – 203 nəfər (35 kişi, 168 qadın);Almaniya – 53 nəfər (8 kişi, 45 qadın);ABŞ – 44 nəfər (0 kişi, 44 qadın);Gürcüstan – 31 nəfər (12 kişi, 19 qadın);Kanada – 25 nəfər (2 kişi, 23 qadın);İsrail – 16 nəfər (2 kişi, 14 qadın);Özbəkistan – 12 nəfər (12 kişi, 0 qadın);Türkmənistan – 7 nəfər (7 kişi, 0 qadın);Qazaxıstan – 7 nəfər (7 kişi, 0 qadın);Qırğızıstan – 1 nəfər (1 kişi, 0 qadın);Moldova – 1 nəfər (1 kişi, 0 qadın).

Seçilən
35
13
ictimaimedia.az

10Mənbələr