AZ

Qəzzada ölənlərin sayı 41 min 495-ə yüksəlib

İsrailin qırğınlarını davam etdirdiyi Qəzzada ölənlərin sayı 41 min 495-ə yüksəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrail 355 gündür Qəzza zolağında qırğınlarını davam etdirir.Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada son 24 saatda Qəzza zolağına edilən 4 hücumda 28 fələstinlinin həyatını itirdiyi, 85 fələstinlinin isə yaralandığı bildirilib.İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda həyatını itirən fələstinlilərin ümumi sayının 41 min 495-ə, yaralıların sayının isə 96 min 6-ya yüksəldiyi qeyd edilib.

Seçilən
112
3
sesqazeti.az

10Mənbələr