AZ

ABŞ İranın mümkün hücumu halında İsraili müdafiə etməyə hazır olduğunu bəyan edib

İrandan hücum təhlükəsi olarsa, ABŞ İsraili müdafiə etməyə hazırdır.

Bu barədə prezidentin milli təhlükəsizlik üzrə müşavirinin müavini Con Fayner məlumat verib.

“Biz aprel ayında İsraili İranın hücumundan qorumuşuq və əgər İran İsrailə hücum etməyə cəhd edərsə, biz bunu yenidən etməyə hazırıq”, - deyə Fayner qeyd edib.

Bundan əlavə, o qeyd edib ki, ABŞ İsrailin şimalında vəziyyətin deeskalasiyası üzərində işləyir.

Seçilən
23
32
aznews.az

10Mənbələr