AZ

Moruqdan müalicə preparatının hazırlanması - QAYDA

Cavanlıq va uzunömürlülük eliksirinin hazırlanması. Moruğun bütün hissələri kökündən, çiçək yatağından tutmuş yarpağına qədər müalicəvi təsirə malikdir. Giləmeyvəsi damarların divarlarını möhkəmləndirir, ödqovucu və sidikqovucu təsirə malikdir. 136 Bundan başqa moruğun giləmeyvəsi orqanizmdə alkoholun və kəskin zəhərləyici maddələrin ani surətdə kənar edilməsində mühüm əhəmiyyət kəsb edir. Meyvəsi xəstəlik törədən mikroorqanizmlərin orqanizmə təsirini zəiflədir və xəstənin tez sağalıb ayağa durmasına kömək göstərir. Buna görə də xalq təbabətində moruğun mürəbbəsi qripin, zökəmin, kəskin virus xəstəliklərinə qarşı profilaktik vasitə kimi geniş surətdə istifadə edilir. Tərkibindəki floiev turşusu orqanizmin immunitetini artırır. Mpruğun giləmeyvəsində çoxlu miqdarda sellüloz olduğu halda, yağ maddəsi aşkar edilməmişdir. Buna görə də moruqdan nə qədər yeyirsənsə kökəlmə prosesi baş verməyəcəkdir. Bitkinin yarpaq, çiçək və kök hissəsində çoxlu miqdarda 100 q (400- 500 mq) C vitamini olduğudan bundan hazırlanan çay orqanizmdə immunitetin və fiziki qüvvənin yüksəlməsinə köməklik göstərir. Əbəs yerə moruğu sağlıq və uzunömürlülük vasitəsi adlandırmırlar. Qurudulmuş yarpaq və çiçəklərindən hazırlanan cövhəri boğaz ağrılarını, laringit, bronxit zamanı baş verən öskürəyi azaldır, daxildə baş verən qanaxmaları dayandırır. Yarpaqlarından hazırlanmış dəmləmədən dəridə əmələ gələn çiban yaralann müalicəsində istfıadə edilir.
Qəbizlik və spirtli içkilərin qəbulu zamanı baş verən intoksikasiyalarda. Səhər tezdən acqarına 1 stəkan moruq yeyib üzərindən 2 stəkan yaşıl və yaxud çox da tünd olmayan çay qəbul edin. Qanazlığında, vegetatik damar ağrılarında. Nahar və günorta yeməyi zamanı stəkanm 1/3 hissəsi qədər moruq yeyin. Yeməkdən conra şəkər qatışdınlmış 2 xörək qaşığı qaymaq və yaxud xama qəbul edin. Şəkərli və yaxud şəkərsiz diabet zamanı. 1 stəkan qaynar suyun tərkibinə 2 xörək qaşığı quru moruq yarpağı əlavə edib 30 dəqiqə dəmləyib, süzün. Sonra cövhərdən stəkanm 1/3 hissəsi qədər götürüb gündə 3 dəfə yeməkqabağı qəbul edin. İshal və qanaxmalar zamanı. 2 stəkan qaynar suya 4 çay qaşığı doğranmış quru yarpaq və moruq giləmeyvəsi tökün və qapaqla örtüb 2 saat dəmləyib süzün. Sonra isti halda gündə 4 dəfə 0,5 stəkan qəbul edin. Malyariya zamanı. 1 stəkan qaynar suya 2 xörək qaşığı quru meyvəsindən əlavə edib, 30 dəqiqə dəmləyib süzün. İsti halda hər 2 saatdan bir, gündə 2-3 stəkan qəbul edin. Qrip və soyuqdəymələr zamanı. 1 stəkan qaynar suya 4 xörək qaşığı təzə dərilmiş yaş giləmeyvəsindən və yaxud 2 xörək qaşığı quru meyvəsindən əlavə edib termosda 10-15 dəqiqə dəmləyib süzün. Aldığınız dəmləmədən isti halda 4 saatdan bir 1 stəkan için. Pankreatit, dəri xəstəliklərində. 1 litr qaynar suya 5 xörək qaşığı doğranmış quru yarpaq və çiçəyindən əlavə edib termosda 15-20 dəqiqə dəmlədikdən sonra gündə 2-3 dəfə stəkanın 1/4 hissəsi qədər qəbul edin. 137 Viruslu hepatitda, Yabam moruğun yarpaq, çiçək və giləmeyvəsinin hərəsindən 1 xörək qaşığı götürüb qarışdırın. Alınmış qanşıqdan 2 xörək qaşığı 1 stəkan qaynar suya tökün və ağzını qapaqla örtüb isit yerdə 15 dəqiqə dəmləyin. Sonra aldığınız cövhərindən çayla birlikdə gündə stəkanın yarısı qədər 2-3 dəfə qəbul edin. Osteoxondroz zamanı. 6 xörək qaşığı yabanı meşə moruğunun giləmeyvəsindən götürüb 1 litr qaynar suya töküb termosda dəmləyin. Aldığınız ekstraktdan gündə 5-6 dəfe stəkanın 1/2 hissəsi qədər qəbul edin. Bronxial astma, manşayi infeksiya xarakterli bronxitda, qanlı babasilda va ekzema zamanı. 4 xörək qaşığı doğranmış kökündən götürüb 2,5 stəkan qyanadılmış suya töküb isti yerdə 15-20 dəqiqə dəmləyib süzün. Gündə 5-6 dəfe stəkanın 1/4 hissəsi qədər qəbul edin.

Saglamolun.Az





Seçilən
134
saglamolun.az

1Mənbələr