AZ

YENİLİK! ƏMAS altsistemindəki xitam əmrində hansı VACİB DÜZƏLİŞ edilib?

5 oktyabr 2024-cü il tarixdə  "ƏMAS Altsistemi: Görünməyən tərəflərin A-dan Z-yə izahı" mövzusunda keçiriləcək tematik təlimdə ƏMAS-la bağlı indiyədək bilmədiyiniz proseslərin (İstifadəçi səlahiyyətləri, vakansiya bankına göndərilmə, göndərişlər, müqavilələrin imzalanması, xitam və s.) A-dan Z-yə izahı veriləcək.  ONLAYN (saat 10: 00 - 13:00) və ƏYANİ (saat 15:00 - 18:00) formada keçiriləcək təlimdə iştirak üçün 050-368-12-72 (what's app da aktivdir) saylı telefonla əlaqə saxlaya və ya [email protected] email ünvanına yaza bilərsiniz.Əmək Məcəlləsində edilən son dəyişikliklərədək işəgötürənin ƏMAS altistemində işçinin müqaviləsinə xitamı əvvəlki tarixlərə qeyd etməsində hər hansı məhdudiyyət yox idi. Onlayn əmək müqaviləsinə keçiddən sonra ƏMAS altistemində edilən dəyişikliyə əsasən, xitam əmrində öncəki tarixin qeyd edilməsinə qadağa tətbiq olundu, işəgötürən işçinin əmək müqaviləsinə  xitamın əsasından asılı olmayaraq ƏMAS altsistemində öncəki tarixi qeyd edə bilmədi.Şəkildən göründüyü kimi, xitam əmri 26 sentyabr 2024-cü il tarixdə hazırlandığı üçün öncəki tarixləri seçməyə məhdudiyyət tətbiq edilir.Dəyişikliklərdən sonra Əmək Məcəlləsinin 49-cu maddəsinin 5-ci hissəsinin ikinci abzasına əsasən, əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz.Maddədə qeyd edilən Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi işçinin vəfatı halını tənzimləyir. Ancaq ƏMAS altsistemində işçi vəfat etdiyi halda belə xitamı öncəki tarixə etmək mümkün olmurdu. Bu günlərdə ƏMAS altsistemində edilən dəyişiklikdən sonra artıq xitamın əsası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi seçildikdə xitam əmrini öncəki tarixə rəsmiləşdirmək (seçmək) mümkün olur:Şəkildən göründüyü kimi, işçi vəfat etdiyindən işəgötürənin xitam əmrinin tarixini öncəki müddətdə qeyd etməsinə hər hansı məhdudiyyət qoyulmayıb.Təqdirəlayiqdir ki, ƏMAS altsistemində işçinin vəfat etməsi halında tətbiq olunan məhdudiyyətlə bağlı texniki problem artıq aradan qaldırılıb.

Seçilən
44
mks.az

1Mənbələr