Vətən müharibəsinin ilk günlərində cəbhəyə bərabər yollanan, çiyin-çiyinə döyüşən, eyni gündə, eyni saatda qəhrəmancasına şəhid olan əsgər 22 yaşlı İman və 20 yaşlı Bəhrəm Məmmədzadə qardaşları adlarını Azərbaycanın döyüş tarixinə şərəflə yazdılar.
İctimaimedia.az xəbər verir ki, şəhid qardaşların atası Elman Məmmədov Baku TV-yə övladları ilə bağlı danışarkən onların vətən üçün doğulduqlarını vurğulayıb:
“Təhsil aldığı məktəbdə millətçi erməni müəllim oğluma yaxınlaşaraq qafqazlı olduğunu deyib. Görüşmək istəyəndə oğlum onun əlini itələyib “sənin əlin millətimin qanına dəyib”, – deyərək salamlaşmaqdan imtina edib”.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsi ərəfəsində böyük şücaət göstərən İman oktyabrın 27-si Xankəndidə yerləşən Qırmızı Bazar yüksəkliyi uğrunda gedən döyüşlərdə qardaşı Bəhrəmlə birlikdə şəhid olub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta