Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun oğlu Tural Həsənzadə ilə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi arasında qalmaqal yaranıb.
Qalqamalın kökündə Tural Həsənzadənin inzibati məsuliyyətə cəlb edilməsi dayanır. İdarə icra başçısının oğlunu İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimələyib. Bu maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlıdır.
Maddədə inzibati cəza növü kimi fiziki şəxslərin 1000 manatdan 2000 manatadək, vəzifəli şəxslərin 3000 manatdan 5000 manatadək, hüquqi şəxslərin isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
Tural Həsənzadə idarənin qərarı ilə razılaşmayaraq məhkəməyə şikayət verib. Onun şikayətinə Nəsimi Rayon Məhkəməsində baxılacaq. İş hakim Anar İbadzadənin icraatındadır.
Tural Həsənzadə ləğv edilmiş "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) keçmiş rəhbəri Qorxmaz Hüseynovun kürəkənidir. O, vaxtilə Ədliyyə Nazirliyinin ekspertiza mərkəzində rəhbər vəzifədə çalışıb.
Tural Həsənzadə 2021-ci ildə lüks avtomobili ilə sərxoş vəziyyətdə qəza törətdikdən sonra işdən çıxıb. Mediada gedən məlumatlara görə, qəzadan sonra rəhbərliklə onun arasında mübahisə yaranıb. Bundan sonra Turan Həsənzadə öz ərizəsi ilə işindən ayrılıb. Turan Həsənzadənin atası Vasif İmanov 2013-cü ildə Pirallahının icra başçısı vəzifəsinə təyin edilib. Media onun haqqında neqativ materiallarla zəngindir. İddialara görə, Vasif İmanov və yaxınları az qala Pirallahını özəlləşdiriblər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta