AZ

Ermənistanda dəhşət: morqlarda qalan 88 hərbçi kimdir? - 4 il sonra sirlər açılır

44 günlük müharibədə məhv edilən erməni hərbçilərindən 88-i hələ də dəfn olunmayıb.Bu barədə “Joxovurd” qəzeti Ermənistan Səhiyyə Nazirliyinə istinadən yazır.Qəzet qeyd edir ki, müharibədən 4 il keçsə də, 88 hərbçinin cəsədi hələ də müxtəlif morqlarda qalır: “Onların DNT-si müəyyən edilib, lakin dəfn olunmayıblar. Buna səbəb hərbçilərin validenylərinin DNT müayinəsinin nəticələrini qəbul etməkdən imtina etmələridir. Validenylər DNT identifikasiyasının məlumatlarının reallığa uyğun gəlmədiyini düşünürlər”.Erməni hüquqşünas Taquhi Tovmasyan da bildirib ki, nəticələr reallığa uyğun deyil.“Misal üçün, bir valideynə üç əl veriblər, deyirlər ki, bu üç əl sənin oğlunundur, götür basdır. Başqa bir valideynin oğlunun boyu 182 santimetr olub, oğlan 43 ölçülü ayaqqabı geyinib, lakin onlara 160 santimetr boyu olan insanın DNT İD-ni veriblər. Bəzi valideynlər var ki, övladları ilə bağlı nəhəng araşdırma aparıb, onların məlumatları ilə istintaqın məlumatları üst-üstə düşmür”, - o bildirib. (Publika.az)

Seçilən
42
10
patriot.az

10Mənbələr