AZ

Portretlər sərgisi və “HONOR” “Eurasia PortrAIts” mobil fotoşəkil müsabiqəsi açıldı

Sentyabrın 25-də “HONOR” beynəlxalq texnologiya brendinin Avrasiya bölməsi, Avrasiya regionunun adət-ənənələrini, sənətkarlıq nümunələrini, mədəni irsini və unikal peşələrini qoruyan insanlara həsr olunmuş rəqəmsal sərginin açılışına, habelə mobil portret fotoşəkil müsabiqəsinə start verildiyini elan edib.

Portret sərgisi mobil fotoşəkil anlayışını ildən ilə genişləndirən, kreativ ideyaların çəkilişi və reallaşdırılması üçün tamamilə yeni imkanlar təklif edən “HONOR” smartfonlarının nömrələnmiş seriyasından ilhamlanıb. Belə ki, 2024-cü ildə “HONOR” 200 | 200 Pro məhsulları əfsanəvi Paris fotoşəkil studiyası “Harcourt” ilə birgə ərsəyə gətirilmiş unikal portret rejimi ilə təchiz edilib. Bu rejimin əsasını təşkil edən süni zəka texnologiyaları fotostudiyanın məşhur olduğu yüzlərlə tanınmış simaların portretləri üzərində öyrədilir. 
Xüsusi alqoritmlər çəkiliş parametrlərini optimallaşdırır və unikal “Harcourt” üslubunu və işıq-kölgə təsvirini yenidən yaratmaq üçün, fotoşəkili doqquz mərhələdə emal edir. Burada istifadəçilər üçün üç rəng profili mövcuddur ki, bunlardan gündəlik çəkiliş üçün nəzərdə tutulmuş zəngin “Harcourt Vibrant”, vintaj fotoşəkillər üçün “Harcourt Color” və qara-ağ təsvirlərin əldə edilməsi üçün “Harcourt Classic” rejimlərini qeyd etmək olar.

“HONOR” “Eurasia PortrAIts” qəhrəmanları “HONOR” 200 Pro obyektivində

“HONOR” “Eurasia PortrAIts” layihəsinin çəkilişlərində Oleq Zotov, Aleksey Sulima, Kasya Palasatka və digər məşhur fotoqraflar iştirak ediblər. “HONOR” 200 Pro ilə birlikdə onlar smartfon kamerası vasitəçiliyi ilə adət-ənənələri, sənətkarlıq nümunələrini, mədəni irsi və unikal peşələri qoruyub, saxlayan insanlar haqqında ruhlandırıcı vizual hekayələr danışmaq üçün regionun müxtəlif bölgələrinə səfər ediblər. Belə ki, layihəyə aid saytda artıq Dağıstanlı dəmirçi qadın, Kubaçi gümüş ustası, saman toxuması və Belarusiya şüşə rəngkarlığının dirçəlişi haqqında məlumat əldə edə bilərsiniz. Həmçinin, layihə çərçivəsində Uzaq Şərq, Ural, Altay, Kalininqrad, Yakutiya, Özbəkistan, Azərbaycan, Qazaxıstanı əhatə edən səyahət hekayələri də nəzərdə tutulub.

“HONOR” “Eurasia PortrAIts” müsabiqəsi

“HONOR” “Eurasia PortrAIts” hər kəsi layihə fotoqraflarının hekayələrini öz fotoşəkilləri ilə tamamlamağa və 26 sentyabr 2024-cü il - 31 oktyabr 2024-cü il tarixləri arasında keçiriləcək mobil fotoşəkil müsabiqəsində iştirak etməyə dəvət edir. Əsərlər üç kateqoriya üzrə qəbul edilir: Qəhrəmanlar haqqında mətn hekayələrlə müşahidə olunan ağ-qara “Heritage Portrait” fotoşəkilləri, klassik portret sənətini nümayiş etdirmək üçün Classic Portrait və ciddi janr məhdudiyyətləri olmadan gündəlik portretlərlə Lifestyle Portrait bölməsi.
Fotoşəkillər, layihənin fotoqrafları, A.B.A GROUP beynəlxalq model agentliyindən İvan Onoprienko və Britaniya Ali Dizayn Məktəbinin müəllimi Anastasiya Korotko kimi peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilərək, qaliblər müəyyən ediləcək. Hər kateqoriya üzrə qalibləri “HONOR” 200 | 200 Pro smartfonları, həmçinin müsabiqə tərəfdaşları olan - Ivy onlayn kinoteatrı və myQuiz xidmətindən hədiyyələr gözləyir. Layihə və qaydalar haqqında daha ətraflı məlumat əldə etmək üçün layihənin internet saytına keçid edə bilərsiniz.





Seçilən
10
1
qafqazinfo.az

2Mənbələr