AZ

Əsrin ən yaxşı aktrisalarından sayılan əfsanəvi Meqqi Smit vəfat etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün müasir dövrün ən böyük aktrisalarından biri Meqqi Smit vəfat edib.
Oxu.Az-ın "The Guardian"a istinadla məlumatına görə, bu barədə onun oğulları Kris Larkin və Tobi Stevensin xəbər veriblər.
Bildirilir ki, 89 yaşlı əfsanəvi aktrisa xəstəxanada ailə üzvlərinin əhatəsində vəfat edib.
Qeyd edək ki, Meqqi Smit Britaniya teatrı və kinosunun əsl ikonası sayılıb. Altmış ildən çox davam edən parlaq karyerası ərzində o, "Oskar", "Qızıl Qlobus", "Emmi" və BAFTA da daxil olmaqla bir çox nüfuzlu mükafatlar qazanmışdı.
Bir çox rollarına baxmayaraq o, daha çox kult sayılan "Downton Abbey" serialından dul qrafinya Vayolet Krouli və "Harry Potter" filmlər seriyasından professor Minerva Makqonaqall kimi yadda qalıb.
Yeri gəlmişkən, qeyd edək ki, Meqqi Smit Britaniya kinoteatrlar zəncirinin bu əsrin ən yaxşı aktrisaları siyahısında üçüncü yerdə olub.
Seçilən
69
50
oxu.az

10Mənbələr