AZ

Norveç qapılarını ukraynalıların üzünə bağlayır

Norveç Ukraynanın qərbindəki altı regiondan gələnlərə avtomatik olaraq sığınacaq verilməsini dayandıracaq.

Oxu24.com  xəbər verir  ki, bu barədə  ölkə hökumətinin bəyanatında deyilir.

Bəyanata əsasən, hökumət yeni məhdudiyyətlər tətbiq edir. “Gələcəkdə Ukraynadan sığınacaq axtaranlara daha bərabər münasibət göstəriləcək. Kollektiv müdafiə sxemi indi daha dəqiq müdafiəyə ehtiyacı olanlara yönəlib”.

Bundan sonra Norveç miqrasiya orqanları digər ölkələrdən gələnlərlə bərabər ümumi əsasda, hərbi əməliyyatlardan bir qədər zərər çəkmiş bölgələrdən olan ukraynalıların sığınacaq üçün müraciətlərinə baxacaq. Onlar həmçinin qaçqın statusundan məhrum edilə bilər.

 

Miri

Seçilən
96
9
oxu24.com

10Mənbələr