AZ

Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi iləkeçirilən iqtisadi məsələlərə həsr olunmuş müşavirədə ilin əvvəlindən əldə edilən uğurlar vəbu ilin sonuna kimi görüləcək işlər haqqında da fikir mübadiləsi aparıldı.Ölkə başçısı öz çıxışında ilin əvvəlindən iqtisadi inkişafın gözlənilən səviyyədəolduğunu qeyd edərək bildirdi ki, iqtisadi artım 4,3 faiz təşkil edib. Vurğulandı ki, bugünküdünyada gedən prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqdabu, çox müsbət göstəricidir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmışaddımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir. İqtisadi inkişaf templəriinkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir.Qeyri-neft sektorunun inkişafında müsbət tendensiyalar xüsusi olaraq qeyd edilməlidir.Ölkənin qeyri-neft sektoru ilin əvvəlindən 7 faiz artıb. Bildirilib ki, son illər ərzində xarici neftşirkətləri tərəfindən həyata keçirilən layihələrdə neftin hasilatı ildən-ilə azalırdı və bu da təbiiolaraq bizim ümumi iqtisadi inkişaf templərinə mənfi təsir göstərirdi və  bu tənəzzül qeyri-neftsektorunun inkişafı ilə tənzimlənib. Hazırda neft-qaz sektorunda bir neçə yeni layihə üzərində işlər aparılır. Yenilayihələrin tətbiqi ilə neft-qaz sahəsində templər müsbət olacağı gözlənilir.  Ölkə başçısı özçıxışında inflyasiyanın ilin əvvəlindən cəmi 1 faizdən bir qədər çox olduğunu qeyd edib ki, buda çox müsbət göstəridir.Bu günkü büdcə göstəriciləri dövlətimizin imkanlarını əks etdirir.  Azərbaycan heç biryerdən heç bir yardım almır, əksinə, ölkənin xarici borcu azaldılır.  Xarici borcun ümumi daxiliməhsula nisbətdə Azərbaycan dünya miqyasında qabaqcıl ölkələr sırasındadır. Cəmi 7,5 faiztəşkil edən xarici borc ölkəmizə imkan verir ki, gələcəkdə daha az vəsait xarici borcunqaytarılmasına sərf edilsin.Bu gün Azərbaycanda infrastruktur layihələri çox geniş miqyas alıb. 3 min kilometravtomobil yolu inşa edilib. Ümumi layihələrin sırasında 45 tunel nəzərdə tutulur. Bu tunellərinuzunluğu 70 kilometrdir. O dağlarda tunel açmaq, yol salmaq asan məsələ deyil.  450körpünün inşası nəzərdə tutulur. Dəmir yolları, iki Beynəlxalq Hava Limanı istifadəyə verildi. Enerji potensialı gücləndirilir və son üç il ərzində 270 meqavat gücündə su elektrikstansiyaları istismara verildi və bu proses davam etdirilir. Məktəblər, xəstəxanalar, sosialobyektlər, kəndlər salınır. Bir sözlə, Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi üçüngenişmiqyaslı işlər aparılır.Böyük Qayıdış Proqramının birinci mərhələsi 2026-cı ilin sonunda başa çatacaq. Hədəfbu mərhələdə 140 min keçmiş köçkünü öz dədə-baba torpaqlarına qaytarmaqdır.Müşavirədə ölkə başçısı tərəfindən gələn ilin əsas xərclərinin artıq müəyyən edildiyiverğulanıb. Bu ilk növbədə, ölkənin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyinin təminedilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, təhsil xərcləri,Qarabağın və Şərqi Zəngəzurun bərpası və digər layihələrdir. Həm sosialyönümlü layihələr,sosial infrastrukturla bağlı olan layihələr, həm də ümumi infrastrukturla bağlı olan layihələr -bütün bunlar ölkənin Dövlət İnvestisiya Proqramında öz əksini tapacaqdır.Əliqulu Babaşov,Sabirabad rayonu, “34 saylı Yol istismarı” MMC-nin direktoru

Seçilən
38
kanal24.az

1Mənbələr