AZ

Türkiyə paytaxtında İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi anıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyə paytaxtı Ankarada İkinci Qarabağ müharibəsi zamanı şəhid olan Azərbaycan əsgərlərinin xatirəsi anılıb.
Oxu.Az bildirir ki, bununla bağlı "Haber Global" reportaj hazırlayıb.
2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində qələbənin dördüncü ildönümü ilə əlaqədar mərasim Şuşa Konqres Mərkəzində baş tutub. Tədbirdə çox sayda azərbaycanlı və türkiyəli qonaq iştirak edib.
Tədbirdə şəhid əsgərlərdən bəhs edən sənədli film nümayiş etdirilib. Qonaqlar sənədli filmə baxarkən göz yaşlarını saxlaya bilməyiblər.
Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov çıxış edərək Qarabağ müharibəsində qazanılan qələbədən danışıb.
"30 il işğal altında qalan torpaqlarımızın azad edilməsi, 100 minlərlə vətəndaşımızın didərgin salındığı doğma yurd-yuvalarına qayıtmaları üçün sentyabrın 27-də başlayan bu müharibədə bütün xalq öz komandiri olan Prezidentimiz İlham Əliyev ilə birlikdə döyüşə atıldı. Hamısı əllərindən gələni etdilər ki, işğal altındakı torpaqlarımız azad olunsun. Son 200 ildə türklərin dünyada işğaldan azad etdiyi yeganə torpaq Qarabağdır.
Şəhidlərimizin qanı bahasına ölkəmizin birliyini və ərazi bütövlüyünü təmin etdik. Bu gün Azərbaycanın hər qarış torpağı gənclərimizin, övladlarımızın qanı ilə sulanıb, bunun dəyəri başqadır", - deyə Rəşad Məmmədov bildirib.
Seçilən
209
50
oxu.az

10Mənbələr