AZ

Zaqatalada 32 yaşlı qadın xəstəxanada öldü

Zaqatala Rayon Mərkəzi Xəstəxanasında ölüm halı qeydə alınıb.

OXU24.COM  xəbər verir ki, rayonun Mosul kənd sakini? 32 yaşlı Sevinc Ələddin qızı Gülməmmədova ötən gün axşam saatlarında halı pisləşdiyi üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub.

S.Gülməmmədova bu gün günorta saatlarında xəstəxanada hələ ki məlum olmayan səbəbdən vəfat edib. Onun ölümünün dəqiq səbəbinə aydınlıq gətirilməsi üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib. vakansiya

Əldə olunan məlumata görə, S.Gülməmmədova bir neçə ay öncə sirkə turşusundan kəskin zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
161
14
oxu24.com

10Mənbələr