AFFA Gənclər Liqasının (U-19) "Sabah" – "Qarabağ" matçı insidentlə başa çatıb.
Prosport.Az-ın xəbərinə görə, prinsipial rəqiblərin görüşündə "Sabah" 3:1 qalib gəlib.
"ASK Arena"da baş tutan görüşün ilk hissəsində baş hakim Niyaz Əhmədov əvvəlcə "Qarabağ"ı azlıqda qoyub. Fasilədən sonra isə qapılara 4 qol vurulub. "Sabah"dan qolları Anar Hüseynov, Stefen Ende, Niyazi Osmanov və "Qarabağ"dan isə Davud Mənsumov (penalti) vurub.
Son dəqiqədə "Sabah"ın vurduğu 3-cü qolla "Qarabağ" tərəfi razılaşmayıb və ofsayd olduğunu iddia edib. Baş məşqçi Vüqar Əsgərlinin köməkçisi Məhəmməd Bədəlbəyli sərt etiraz edincə, birbaşa qırmızı vərəqə alıb. Oyundan sonra isə "Sabah"ın inzibatçısı Aslan (soyadını dəqiqləşdirə bilmədik – red.) ilə Məhəmməd Bədəlbəyli arasında dava düşüb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta