AZ

Premyer Liqa: “Qarabağ” “Sabah”la üz-üzə gələcək Futbol

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turunda “Qarabağ” “Sabah”la üz-üzə gələcək.Elchi.az -ın  məlumatına görə, “Azersun Arena”dakı qarşılaşma saat 19:00-da start götürəcək.Rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi 15 xalla ikinci pillədə qərarlaşıb. Paytaxt klubu 14 xalla dördüncü sıradadır.Günün ilk görüşündə “Turan Tovuz” “Şamaxı”nın qonağı olacaq. Bu qarşılaşma saat 16:00-da başlayacaq. Tovuz təmsilçisi 14 xalla beşinci, bir oyun az keçirən meydan sahibləri 11 xalla altıncıdır.Azərbaycan Premyer LiqasıVIII tur29 sentyabr (bazar)16:00. “Şamaxı” – “Turan Tovuz”Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Elvin BayramovVAR: Nicat İsmayıllıAVAR: Zeynal ZeynalovHakim-inspektor: Anar SalmanovAFFA nümayəndəsi: Nəriman AxundovŞamaxı şəhər stadionu19:00. “Qarabağ” – “Sabah”Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər ƏhmədovVAR: Əliyar AğayevAVAR: Rəvan HəmzəzadəHakim-inspektor: Ömər PaşayevAFFA nümayəndəsi: Elgiz Abbasov“Azersun Arena”Qeyd edək ki, turun əvvəl oyunlarında “Araz-Naxçıvan” “Səbail”i 3:2, “Zirə” “Kəpəz”i 3:0 hesabı ilə üstələyib. “Neftçi” – “Sumqayıt” matçında qalib müəyyənləşməyib – 1:1.

Seçilən
5
13
elchi.az

10Mənbələr