Çexiyanın paytaxtı Praqada keçirilən Açıq Avropa turnirinin ilk günündə Azərbaycan cüdoçuları 1 qızıl və 1 gümüş medal əldə edib.
Prosport.Az xəbər verir ki, kişilər arasında 60 kq çəkidə Hüseyn Allahyarov finalda Roye Rosenə (İsrail) uduzaraq gümüş medalla kifayətlənib. 66 kq-da isə Rəşad Yelkiyev finalda Bençe Mateni (Macarıstan) məğlub edərək qızıl medal qazanıb.
Bu gün 3 çəki dərəcəsində daha 5 cüdoçumuz mübarizəyə qoşulacaq.
Qeyd edək ki, yığmamız bu yarışda kişilər arasında 6 çəki dərəsində 14 cüdoçu ilə təmsil olunur. Komanda böyük məşqçi Rüstəm Alimlinin rəhbərliyi altında məşqlərə çıxır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta