AZ

ABŞ Nəsrullahın ölümünə sevinib

ABŞ rəsmiləri İsrail ordusunun Livanda həyata keçirdiyi hücumda “Hizbullah” terror təşkilatı lideri Həsən Nəsrullahın öldürülməsi xəbərini alqışlayıb.

CNN xəbər kanalına danışan bəzi yüksək rütbəli ABŞ rəsmiləri, Yaxın Şərqdə yeni bir genişmiqyaslı müharibə ehtimalı ilə bağlı artan narahatlıqlara baxmayaraq, Nəsrullahın Livanın paytaxtı Beyrutda İsrailin böyük bir hava hücumu nəticəsində öldürüldüyü xəbərini, olduğunu bildirib.

Təşkilatın xəbərlərində ABŞ-ın başqa bir yüksək rütbəli rəsmisinə istinadən, Nəsrullahın ölüm xəbərini sevinclə qarşıladığı bildiri: “Onun əllərində çoxlu Amerika qanı var”.

Adının açıqlanmasını istəməyən məmur həmçinin “Son bir neçə gündə baş verən hadisələr 6 ay əvvəl baş versəydi, ikinci böyük müharibə riski daha da böyük olardı” deyib.

Yaxın Şərqdə və onun hüdudlarından kənarda “yanğın riskinin artdığı” bildirilib

ABŞ mətbuatına danışan bəzi ekspertlər “Hizbullah” lideri Həsən Nəsrullahın öldürülməsinin Yaxın Şərqdə münaqişələrin yayılmasına böyük təsir göstərə biləcəyini vurğulayırlar.

“New York Times”a (NYT) danışan Avropa Şurasının Xarici Əlaqələr üzrə Yaxın Şərq və Şimali Afrika Proqramının direktoru Culien Barnes-Deysi bildirib ki, İsrailin Nəsrullahı öldürməsi “Yaxın Şərqdə və bölgədən kənarda təhlükəli alovlanma riskini əhəmiyyətli dərəcədə artırır”.

Barnes-Deysi qeyd edib ki, indiki məqamda terror təşkilatının İsrailə irimiqyaslı raket hücumları təşkil etmək gücünə malik olub-olmaması “əsl sualdır”.

Hizbullahın belə bir gücü olmadığı təqdirdə bu vəziyyətin İsrailə birbaşa cavab vermək istəyə biləcək İranı “nüvə silahına doğru addım atmağa” sövq edə biləcəyini şərh edən Barnes-Deysi, İranın nüvə seçiminin “yeganə təsirli və çəkindirici forma” olduğunu qeyd edib”.

Bundan əlavə, Beynəlxalq Böhran Qrupunun münaqişələrin qarşısının alınması təşkilatının İran Layihəsinin direktoru Əli Vaez deyib ki, “İranın üstünlükləri çirkindən iyrəncliyə qədər dəyişir”.

Seçilən
148
26
vaxt.az

10Mənbələr