AZ

Nəsrullahın yerinə onu gətirdilər -FOTO

"Hizbullah"ın əsas idarəetmə orqanı olan Şura İcraiyyə Komitəsinin rəhbəri vəzifəsində işləmiş Haşim Səfiuddin Livan partiyasının yeni baş katibi seçilib.

OXU24.COM  xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Haşim Səfiuddin 1964-cü ildə Livanın cənubundakı Deyr Qanun əl-Nahrda nüfuzlu şiə ailəsində anadan olub. "Hizbullah"ın yüksəkvəzifəli rəsmisi Həsən Nəsrullahın ana tərəfdən qohumudur. O, hərəkatın İcraiyyə Şurasının rəhbəri, təhlükəli beynəlxalq terrorçu sayılır, "Hizbullah"ın "ikinci nömrəsi" hesab olunur.

2017-ci ildə ABŞ Dövlət Departamenti onu terrorçu kimi tanıyıb. O, "Hizbullah"ın üç əsas liderindən biridir - digər ikisi İsrail qüvvələri tərəfindən öldürülən Həsən Nəsrullah və Naim Qasimdir.

Bizi Telegram-da izləyin

Seçilən
20
1
oxu24.com

4Mənbələr