ABŞ-ın Şimali Karolina ştatında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Axar.az xəbər verir ki, məlumatı ABC telekanalı yayıb.
Hadisə nəticəsində biri uşaq olmaqla 5 nəfər həlak olub.
Bildirilib ki, pilot hava limanına enməyə cəhd etsə də, təyyarə meşə zolağına düşüb.Yerlə toqquşduqdan sonra təyyarə alovlanıb.
Hadisə ilə bağlı araşdırma aparılır.