AZ

Ehtiram Quliyevin klubunda DAVA-DALAŞ düşdü! – XƏBƏRİNİZ OLSUN

Premyer Liqanın son həftələrində nəticə və oyun sarıdan düşüş yaşayan «Turan Tovuz»da hərc-mərclik hökm sürür.

Kurban Berdiyev indi güclü nizam-intizam yaratmasıyla öyünə bilməz.

Onun çalışdırdığı komandada əməlli-başlı hərc-mərclik hökm sürür.

Bunu düşərgədən gələn xəbərlər də təsdiqləyir. Kollektiv daxilində olan mənbələrimizin verdiyi məlumata görə, futbolçular arasında dava düşüb.

Hadisə Şamaxı səfəri zamanı baş verib. Belə ki, «Şamaxı» ilə matça yollanan oyunçular avtobusun içində əlbəyaxa olub.

Otto Conla Rüfət Əhmədov arasında mübahisə davaya çevrilib. Nəticədə nigeriyalı hücumçu adıçəkilən müdafiəçiyə bir neçə zərbə endirib.

Onları bir-birindən komanda yoldaşları güclə ayırıb. Olay Berdiyevin gözünün qarşısında yaşansa da, baş məşqçi tərəflərə ciddi reaksiya verməyib.

Rusiyalı çalışdırıcı yalnız oyun günü mövqeyini ortaya qoyub.

Afrikalı forvardı əsas heyətə daxil etməyib, yalnız 67-ci dəqiqədə Ayxan Quseynovun əvəzinə meydana buraxıb. Rüfət Əhmədov isə sonadək ehtiyat skamyadan tərpənməyib.

Bu neqativ olay sübut edir ki, «Turan Tovuz»da ara qarışıb, məzhəb itib. Buranın bir yiyəsi yoxdur.

İdarə Heyətinin sədri Ehtiram Quliyev nəinki kluba, heç komandaya nəzarət edə bilmir. Berdiyev faktiki olaraq onu proseslərdən kənarlaşdırıb.

Deyir, burada bir nəfər söz deyəcək şəxs varsa, o da mənəm. Quliyev də qalıb kənardan baxa-baxa.

Başa düşür ki, bu qəbildən olan iç məsələlərə qarışsa, münasibət, yaxud etiraz bildirsə, Berdiyev əşyalarını toplayıb çıxıb gedəcək.

Bu da onun üçün yağışdan çıxıb, yağmura düşmək deməkdir.

Narahat və narazıdır, imicinin son vaxtlar xeyli zəiflədiyini görür, amma Berdiyevin ayrılmaq ehtimalı iş adamını daha çox qorxudur.

SPORTİNFO.AZ

Seçilən
39
sportinfo.az

1Mənbələr