Sentyabrın 28-də EGP Arenada Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının baş ofisində idarə heyətinin növbəti iclası keçirilib.
Prosport.Az xəbər verir ki, iclasın gündəliyində olan bir neçə məsələ haqqında müzakirələr aparılıb və bir sıra qərarlar alınıb. Yekunda Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası (YDNMA) Beynəlxalq Ciu-citsu Federasiyasının üzvü olaraq ölkəmizdə bu idman növünün rəsmi təmsilçisi olması ilə bağlı qərar olunub.
YDNMA-nın tərkibində ciu-citsu sektoru yaradılıb və sektorun müdiri vəzifəsinə Əli Cəfərov təyin olunub. YDNMA-nın prezidenti Atil Ağamirov tərəfindən Əli Cəfərova bu idman növünü daha da inkişaf etdirmək üçün zəruri işlərin görülməsi tapşırığı verilib. İclasda həmçinin cari ilin sonunda Ciu-citsu idman növü üzrə keçiriləcək Azərbaycan çempionatına hazırlıq işləri də müzakirə olunub.
İclasda bundan başqa, təşkilat komitəsinin sədri Elşad Kərimov Assosiasiyasının baş katibi vəzifəsinə seçilib. YDNMA-nın prezidenti Atil Ağamirov bu idman növündə olan təşkilatları, məşqçiləri, hakimləri və idmançıları birlikdə yenidənqurma işlərində fəal iştirak etməyə və bu yolda birgə addımlamağa dəvət edib.
Qeyd edək ki, Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası 2022-ci il oktyabrın 31-də Gənclər və İdman Nazirliyi tərəfindən akreditasiyadan keçərək fəaliyyətə başlayıb. YDNMA-nın məqsədi Azərbaycanda olan və gələcəkdə yaradılacaq yapon döyüş növlərinin inkişaf etdirilməsidir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta