Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası yaradılacaq.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri sədri Sahibə Qafarova bildirib.
Sahibə Qafarova Prezident İlham Əliyevin çıxışında bu məsələyə xüsusi diqqət yetirdiyini söyləyib: “Ölkəmiz mürəkkəb təhdidlərlə üzləşir. Bu cür hərəkətlər ictimaiyyətin dövlətə inamını sarsıtmağa, sabitliyi sarsıtmağa yönəlib. Cəmiyyətimizlə, dövlətimizlə manipulyasiya etmək cəhdləri çoxdur. Komissiyanın fəaliyyəti preventiv xarakter daşıyacaq”.