AZ

"Balıqçılıqla bağlı videobloqlar hazırlayacam" - 150 milyonluq ingilis

"Mançester Siti"nin yarımmüdafiəçisi Filip Foden karyerasının bitirəndən sonra nə ilə məşğul olmağı planlaşdırdığını açıqlayıb.

Fanat.Az xəbər verir ki, "Daily Mail" onun sözlərini belə çatdırıb:

"Karyeramı bitirəndən sonra balıqçılıqla bağlı videobloqlar hazırlayacam. Uşaqlıqda atam məni həmişə balıq tutumağa aparırdı. Balıq tutmağa xüsusi marağım var. Bəzən tilovuma kiçik balıqlar düşürdü, bəzən böyük. Hər dəfə böyük balıq tutanda daha böyüyünü arzulayırdım. Məsələn, nəhəng karp. Tez-tez balıq ovlamağa yollanıram. Bu, həzzdir. Çox xoşuma gəlir".

Xatırladaq ki, 24 yaşlı Foden "Mançester Siti"nin yetirməsidir. "Transfermarkt" portalı ingilis oyunçunun transfer qiymətini 150 milyon avro ilə dəyərləndirir.

Nihat

Seçilən
17
fanat.az

1Mənbələr