AZ

PSJ ulduz forvardı "Arsenal"la oyunu buraxacaq

PSJ-nin ulduz fransalı hücumçusu Usman Dembele Çempionlar Liqasının ümumi mərhələsinin 2-ci turunun “Arsenal” klubu ilə qarşıdakı oyunda çıxış etməyəcək.

90deqiqe.Az-ın “Sportzone”ə istinadən məlumatına görə, fransalı futbolçu Çempionlar Liqasında "Arsenal"la qarşıdakı oyun üçün PSJ-nin heyətindən kənarlaşdırılıb.

Qeyd edək ki, Paris klubu ilə "topçular" matçı oktyabrın 1-də baş tutacaq. Nəzərinizə çatdıraq ki, PSJ - “Arsenal” görüşünün gedişini ətraflı onlayn mətn yayımımızdan izləyə bilərsiniz. Çempionlar Liqasının ilk turunda parislilər "Jirona"ya qalib gəlib.

Seçilən
25
90deqiqe.az

1Mənbələr