AZ

Konte "Napoli"nin 1-ci pillədə mövqe tutmasına belə münasibət bildirdi

"Napoli"nin baş məşqçisi Antonio Konte 13 xalı olan komandasının A Seriyasının turnir cədvəlinin 1-ci pilləsində qərarlaşmasına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "Sky Sport Italia" 6-cı turda öz meydanında "Montsa"nı 2:0 hesabı ilə yenən neapolluların çalışdırıcısının sözlərini belə çatdırıb:

"Biz arzularımızı qidalandırmaq, onları həyata keçirmək üçün çalışırıq. Bilirəm ki, mənə böyük ümidlər bəsləyirlər. Gəlin azarkeşlərin xəyallar qurmasına imkan yaradaq. Ayağımı yerə möhkəm basmalıyam. 

Yenidənqurmaya start vermişik. Hələ qarşıda çox sayda oyunumuz var. "Montsa" ilə görüşdə olduğu kimi, hər matçda tərləməli və böyüməliyik. Bir yerdə işləməyə başladığımız heç 3 ay deyil".

Nihat

 

Seçilən
25
fanat.az

1Mənbələr