Gürcüstanın hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının Baş katibi, Tbilisinin meri Kaxa Kaladze ölkə Prezidenti Salome Zurabişvilini “saxtakar” və “ölkə Konstitusiyasını pozan birinci şəxs” adlandırıb.
Bizimxeber.az“Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, Kaladze bu barədə Zurabişvilinin Almaniyaya planlaşdırılan səfərinə münasibət bildirərkən danışıb.
“Konstitusiyanı pozan birinci şəxsin səfərini necə qiymətləndirmək olar. Əksinə olmalıdır, o, Konstitusiyanı müdafiə edən birinci şəxs olmalıdır”, - deyə Kaladze qeyd edib.
Onun sözlərinə görə, Zurabişvili müxtəlif platformalarda Gürcüstana Avropa İttifaqına üzvlüklə bağlı namizəd statusunun verilməsinə layiq olmadığını birbaşa bəyan edib: “O, ölkənin nüfuzuna hər hansı şəkildə xələl gətirmək üçün hər şeyi edir: “Məni ümumiyyətlə Salome Zurabişvilinin nə düşündüyü maraqlandırmır. Sizin hökumətlə hansısa fikir ayrılığınız ola bilər, kimdənsə xoşunuz gəlməyə bilər, amma niyə ölkəyə zərər vurursunuz? Ölkəyə zərər vurmaq üçün necə belə saxtakar olmaq olar?”
Qeyd edək ki, Gürcüstan Konstitusiyasına görə, Salome Zurabişvili xarici ölkələrə səfərləri və rəsmi görüşləri yalnız hökumətin razılığı əsasında həyata keçirə bilər. O, ötən il hökumətin razılığı olmadan Avropaya səfər etmişdi.
Onu da bildirək ki, Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer sentyabrın 30-da Berlində Gürcüstan və Almaniya prezidentləri arasında görüş keçiriləcəyini bildirib.
Xatırladaq ki, daha əvvəl Gürcüstanın Baş naziri İrakli Kobaxidze Zurabişvilini “xarici agent” adlandırmışdı.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta