AZ

Karlo Ançelotti və Dieqo Simeonedən derbidəki heç-heçəyə şərh

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 8-ci turu çərçivəsində Madrid “Atletiko”su ilə səfər oyununu şərh edib.

Arena.az xatırladır ki, “qaymaqlılar” oyunun təzminat müddətində (90+5) buraxılmış qolla qələbəni əldən veriblər.

Karlo Ançelotti paytaxt derbisindən sonrakı mətbuat konfransında bunları dilə gətirib:

“Bu, xüsusi bir heç-heçədir, çünki qalib gəlməyə çox yaxın idik. Çox təəssüf ki, bu, son anda baş verdi. Biz qələbəyə yaxın idik, amma düşünürəm ki, biz hələ də mübarizə aparırıq, bu qələbə üçün ümidsiz deyildik. Buradakı heç-heçə isə klubun gələcəyi üçün yaxşı bir dərs ola bilər”, – “Marca” nəşri italyan mütəxəssisdən sitat gətirir.

Madrid “Atletiko”sunun baş məşqçisi, argentinalı mütəxəssis Dieqo Simeone də “Real”la ev oyununu şərh edib:

“Bu, bizim təsəvvür etdiyimiz oyun deyildi. İkinci hissədə “Real” qol vurduqdan sonra yaxşı oynadıq. Qarşılaşmanın dayandırılması ilə bağlı hadisə bizim xeyrimizə oldu – sonra komanda meydana fərqli halda çıxdı. Heç bir komandanın hücuma üstünlük vermədiyi oyunda heç-heçəyə layiq idik”, deyə Simeone vurğulayıb.

8 turdan sonra “Real” La Liqanın yarış cədvəlində 18 xalla 2-ci pillədə, “Atletiko” isə 16 xalla 3-cü pillədə qərarlaşıb. La Liqaya 21 xalla “Barselona” başçılıq edir.

Seçilən
36
arena.az

1Mənbələr