Dövlət sərhədində aşkar edilmiş uçuş aparatı ələ keçirilib.
Viral.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Bildirilib ki, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmətinin birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində aparatın üzərinə bərkidilmiş bağlamaya baxış zamanı ümumi çəkisi 19 kiloqram 700 qram narkotik vasitə marixuana və 1500 ədəd metadon M-40 həbi aşkar edilib.
Son Yazılar:
- İrandan Azərbaycana uçan PUA ələ keçirildi
- MEMAT-la mina təmizlənməsi nümayiş olundu
- Fazil Mustafa onu güllələyənin ömürlük həbsini istəyir
“Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından (İİR) Azərbaycan Respublikası istiqamətində hərəkət edən naməlum uçuş aparatı müşahidə edilib.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.