"Real Madrid"in belçikalı qapıçısı Tibo Kurtua Madrid derbisində əzələsindən zədə alıb.
"Operativ Media" AS nəşrinə istinadən xəbər verir ki, Madriddəki "Atletiko" ilə keçirilən qarşılaşma 1:1 hesabı ilə başa vurub. Kurtua 90 dəqiqə meydanda olub.
“Kurtuanın əzələ problemləri var. Bu gün onun vəziyyətini qiymətləndirəcəyik” deyə klubun baş məşqçisi Karlo Ançelotti açıqlayıb.
“Real” növbəti oyununu oktyabrın 2-də Çempionlar Liqasının II turunda Fransa “Lill”ini qəbul edəcək.