AZ

Nazim Bəydəmirliyə hökm oxundu

Bakı. Trend:

Keçmiş deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə məhkəməaraşdırması başa çatıb.

Trend xəbər verir ki, BakıAğır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasdaBəydəmirlinin vəkili Aqil Layıc müvəkkilinin təqsirsizliyinigöstərən sübutları sadalayıb.

Vəkil verilmiş ittihamların əsaslı olmadığını bəyan edərəkbəraət hökmü çıxarılmasını xahiş edib.

Bütün çıxışlar yekunlaşdıqdan sonra hökm elan edilib. FəridNamazovun sədrlik etdiyi məhkəmə heyəti belə qənaətə gəlib ki,təqsirləndirilən şəxsə verilmiş ittiham məhkəmə istintaqı ilətəsdiqini tapıb.

Hökmə əsasən, Nazim Bəydəmirli hədə-qorxu ilə tələb etməkdətəqsirli bilinərək 8 il azadlıqdan məhrum edilib.

Hökmdə qeyd edilir ki, Nazim Bəydəmirlidən 49 min 740 manattutularaq zərərçəkmiş Mürsəl İbrahimova ödənilməlidir.

Qeyd edək ki, N.Bəydəmirli ötən il həbs edilib. Ona qarşıCinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etməkməqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəlisürülüb. İş üzrə iki nəfər zərərçəkmiş qismində tanınıb.

Seçilən
40
4
az.trend.az

1Mənbələr