AZ

Bakıda vəkilə hücum edildi-FOTO

Bakıda vəkil fiziki təzyiqlə üzləşib. Belə ki, cavabdeh tərəf məhkəməni uduzduğuna görə hirsini vəkildən çıxmağa qərar verib və nəticədə vəkil Rəşad İldirımzadə döyülüb, avtomobilinə ciddi ziyan dəyib.


Hadisə ilə bağlı vəkillə əlaqə saxladıq. Vəkil R.İldırımzadə Yenilik.az-a bildirdi ki, "Xətai rayon Məhkəməsinin 14.11.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İmanov Elxan Rəşid oğlunun Bakı şəhəri, Xətai rayonu, Gəncə pr. ev 20a, mənzil 81 ünvanından çıxarılması qət edilmiş, bir ay əvvəl qətnamə icra olunmuş, cavabdeh İmanov Elxan Rəşid oğlu və ailə üzvləri mənzildən çıxarılmışdır. Bu gün-sentyabrın 30-da mən iddiaçının vəkili kimi iddiaçı ilə birlikdə həmin mənzildə olarkən qətnamə ilə mənzildən çıxarılan İmanov Elxan Rəşid oğlunun oğlu tərəfindən hücuma məruz qaldım, özümə yumruq zərbələri endirən E.İmanovun oğlu maşınıma da təpik zərbəsi endirərək əmlakıma maddi ziyan vurmuşdur. Hadisə ilə bağlı dərhal polisə məlumat verdim, hazırda hadisə ilə bağlı Xətai rayon 35-ci polis bölməsində araşdırma gedir."
Seçilən
40
yenilik.az

1Mənbələr