AZ

Qrizmann Fransa millisindəki karyerasını başa vurdu


Fransa millisi ilə 2018-ci il FİFA Dünya Çempionatının çempionu olmuş Antuan Qrizmann millidəki karyerasını başa vurub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, “İnstaqram” hesabında məlumat verib.
“Xatirələrlə dolu bir ürəklə, həyatımın bu fəslini bağlayıram. Bu gözəl üçrəngli macəraya görə təşəkkür edirəm. Tezliklə görüşərik”, - Qrizmann yazıb.
Qeyd edək ki, 33 yaşlı Qrizmann 2014-cü ildə Fransa yığmasında debüt edib və o vaxtdan millidə 137 oyuna çıxıb, 44 qol vurub.
2018-ci ildə hücumçu Dünya Kubokunu qazanıb, 2022-ci ildə turnirin finalına yüksəlib. O, həmçinin, Millətlər Liqasını da qazanıb (2021).
Digər tərəfdən, Qrizmann Avropa Çempionatının finalına çıxıb (2016) və Avropa Çempionatının bürünc mükafatçısı olub (2024).
Klub səviyyəsində Qrizmann İspaniyanın “Real Sosyedad”, “Barselona” və hazırda futbolçusu olduğu “Atletiko Madrid” klublarında çıxış edib.
“Atletiko Madrid”in tərkibində forvard İspaniya Superkubokunu (2014) və UEFA Super Kubokunu (2018) qazanıb, Avropa Liqasının qalibi olub (2018), həmçinin Çempionlar Liqasının finalına yüksəlib. “Barselona” ilə birlikdə ölkə kubokunu qazanıb (2021).
Futbolçu hazırda karyerasını “Atletiko Madrid”də davam etdirir.
Seçilən
31
yeniavaz.com

1Mənbələr