AZ

Bazar ertəsi Strasburqda Avropa Şurası Parlament Assambleyasının plenar iclasında assambleyanın payız sessiyasının yekun gündəliyi təsdiq edilib. Sessiya oktyabrın 4-dək davam edəcək.

Aşağıdakı mövzusda debatlar 81 "lehinə", 33 "əleyhinə" və 5 "bitərəf" səslə gündəliyə daxil edilib: “Azərbaycanda insan hüquqları, qanunun aliliyi və demokratiya ilə bağlı vəziyyətin pisləşməsi", Turan-ın xüsusi müxbiri Strasburqdan bildirib.

Müzakirələr 1 oktyabr,  çərşənbə axşamı  saat 16:00-dan 19:00-dək keçiriləcək iclasda baş tutacaq.

Gündəliyin müzakirəsi zamanı bəzi deputatlar bu məsələnin müzakirəsinə qarşı çıxıblar. Əsasən, Gürcüstan nümayəndəsi Givi Mikanadze Azərbaycan nümayəndələrinin iştirakı olmadan müzakirələrin məqsədəuyğun olmadığını bildirib. O, "bu vəziyyətin müzakirəsi üçün Azərbaycanın yeni seçilmiş parlamentinin" nümayəndələrilə birbaşa əlaqə qurmağı təklif edib. Lakin onun təklifi dəstəklənməyib və debatın keçirilməsi barədə qərar səs çoxluğu ilə qəbul edilib.

Xatırladaq ki, 2024-cü ilin yanvar sessiyasında Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında səlahiyyətləri təsdiqlənməyib. Buna səbəb hökumətin Avropa Şurası qarşısındakı öhdəliklərini yerinə yetirməməsi və insan hüquqlarının kobud şəkildə pozulmasıdır.

Seçilən
30
turan.az

1Mənbələr