Bakı, 30 sentyabr, AZƏRTAC
Moskvada keçirilmiş I Rusiya-Azərbaycan Elm və Təhsil Forumu çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov “Təhsil sahəsində universitetlərarası əməkdaşlığın inkişafı” sessiyasında məruzəçi kimi çıxış edib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində ADPU ilə Moskva Dövlət Pedaqoji Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Moskva Dövlət Linqvistika Universiteti ilə mövcud müqavilənin yenilənməsi və əməkdaşlığın davam etdirilməsi haqqında razılıq əldə olunub.