AZ

Slutski: “Qarabağın qaytarılmasında Azərbaycandan başqa heç bir ölkənin xidməti yoxdur”

“Azərbaycanın mədəniyyət mərkəzi Şuşada olmaq mənim çoxdankı arzumun həyata keçməsi baxımından əlamətdar oldu. Deyə bilərəm ki, Qarabağ bölgəsi inanılmaz templərlə bərpa olunur. Artıq Füzulidə və Zəngilanda çox gözəl beynəlxalq aeroportlar var, üçüncü hava limanı sürətlə tikilir. Bu gün Şuşa möhtəşəm tikinti meydançasını xatırladır, tarixi obyektlər bərpa olunur. Mən Şuşada olduğum üçün xoşbəxtəm. Bütün bunlar mənim üçün çox əlamətdar oldu. Ona görə də səfərə xüsusi olaraq bir gün əvvəl gəldim”.

Bizim.Media xəbər verir ki, bunu ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Leonid Slutski sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşü zamanı bildirib.

Slutski qeyd edib ki, Qarabağın işğaldan azad edilməsində kənar heç bir dövlətin rolu olmayıb:

“Qarabağın Azərbaycanın tərkibinə qayıtması ilə nəticələnən antiterror əməliyyatının uğurlarının ən azından bir hissəsini öz adına çıxan bəzi region ölkələrinə münasibətdə xüsusi bir məqamı da qeyd etmək istəyirəm, - bununla yanaşı, milli miqyasda yoxsulluqla mübarizə üzrə strategiya uğurla hazırlanandan sonra Azərbaycan enerji cəhətdən müstəqil ölkə oldu, Sizin dahi atanızın, müasir Azərbaycan dövlətinin banisi, bizim də Rusiyada xatirəsini əziz tutduğumuz Heydər Əlirza oğlu Əliyevin bəlkə də ən böyük vəsiyyəti həyata keçdi. Ənənəyə uyğun olaraq, bu gün Moskvaya uçmazdan əvvəl mütləq onun məzarını ziyarət edəcəyəm, - burada mən Qarabağın qaytarılmasını nəzərdə tuturam.

Bu məsələdə Azərbaycandan, Azərbaycan rəhbərliyindən, Azərbaycan xalqından, Azərbaycan Silahlı Qüvvələrindən başqa heç bir ölkənin hər hansı bir xidməti yoxdur”.

Bizim.Media

Seçilən
79
13
bizim.media

10Mənbələr