AZ

Premyer-liqada rekord!

Koul Palmer İngiltərə premyer-liqasında rekord müəllifi olub.

“Opta Sport”un məlumatına görə, “Çelsi”nin 22 yaşlı yarımmüdafiəçisi “Brayton” ilə matçın ilk hissəsində 4 qol vurub. O, bununla İngiltərə çempionatının yüksək liqasının tarixinə birinci hissədə poker edən ilk futbolçu kimi düşüb. Matç London klubunun 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Koul “Çelsi”də 2023-cü ilin yayından çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2033-cü ilə qədərdi.

Seçilən
38
football-plus.az

1Mənbələr