AZ

FİFA Samuel Etonu cəzalandırdı

FİFA Kamerunun əfsanəvi futbolçusu Samuel Etonu cəzalandırıb. Msport.az xəbər verir ki, dünya futbol qurumunun İntizam Komitəsi belə qərar verib.

Buna səbəb Etonun 20 yaşınadək qadınlar arasında dünya çempionatının 1\8 final mərhələsinin Kamerun – Braziliya oyunundakı davranışlarıdır. Qeyd edək ki, “Barselona”nın sabiq futbolçusu hazırda Kamerun Futbol Federasiyasının prezidentidir. Eto 6 ay ərzində Kamerunun heç bir milli komandasının oyununu stadiondan izləyə bilməyəcək.

Qeyd edək ki, bir müddət əvvəl KİV-də Etonun danışılmış oyunların təşkilində əli olmasına dair xəbərlər dərc olunmuşdu.

 

Seçilən
36
msport.az

1Mənbələr