AZ

Təmraz Tağıyev: "Nərimanov bələdiyyəsi olaraq əsas məqsədimiz xalqa xidmətdən keçir"

"Bu gün hər bir bələdiyyə maliyyə imkanları çərçivəsində seçicilərinin qarşılaşdığı problemlərin həllinə həssaslıqla yanaşmalı, qaldırdığı məsələləri isə diqqət mərkəzində saxlamalıdır". Bələdiyyənin hər ay baş tutan iclaslarında müzakirəyə əsasən sakinlərin qaldırdığı məsələlər çıxarılır və hər dəfə müsbət qərar verilir.Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.Tam səmimiyyətlə demək istəyirik ki, Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyevin bizim müdafiəmizə ehtiyacı yoxdur. Sadəcə, Təmraz Tağıyevin barəsində şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Əslində bu yazılarda həqiqət yükü olmadığına görə hec ona reaksiya verən də olmur. İnsanlar belə yazılara dodaq büzür və sifariş adlandırırlar.Yazılan böhtanlarda diqqət çəkən və əslində həm də bütün yazılanları ifşa edən başqa bir məqam da var. Görəsən bu adamlar niyə köhnə palan ici tökürlər? Nala-mıxa vurub onun gördüyü işləri sanki yaddan çıxarırlar. Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Utanın cənablar, utanın!Təmraz Tağıyev Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Təmraz Tağıyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Təmraz Tağıyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Təmraz Tağıyev - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi. Vətənpərvər ziyalımız Təmraz Tağıyev Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir. Vətənpərvərlik bir millətin və dövlətin inkişafında və onun qorunmasında mühüm rol oynayan, vətənə bağlılıq və sevgi duyğularını ifadə edən bir anlayışdır. Vətənpərvər insan isə öz vətəninə sadiq, onun inkişafı və müdafiəsi üçün çalışmağa hazır olan, vətənin dəyərlərini və mədəniyyətini qoruyub yaşatmağa çalışan şəxsdir. Bu geniş mövzunu müxtəlif aspektlərdən araşdırmaq mümkündür. Vətənpərvərlik, vətənə olan sevgi və sadiqlik hissidir. Bu hiss, insanların öz doğma torpaqlarını qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha yaxşı bir mühit buraxmaq istəyindən doğur. Vətənpərvərlik yalnız bir duyğu deyil, eyni zamanda fəaliyyətlərdə də özünü göstərən bir məfhumdur. Təmraz Tağıyevdə məhz bu amalda olan insanlardandır. Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.“Nərimanov bələdiyyəsi hər zaman həssas qrupa aid insanlara öz qayğı və diqqətini əsirgəmir”Nərimanov bələdiyyəsində 1-ci qrup Vətən müharibəsi əlilli Etiram Musayevlə görüş keçirilib. Bu barədə Belediyye.infoya məlumatı adıçəkilən bələdiyyənin sədri Təmraz Tağıyev bildirib. Təmraz Tağıyev fiziki məhdudiyyətli müharibə veteranını inzibati binanın həyətində qarşılayaraq, salamlamış və rayon sakin olan müharibə veteranının sosial-məişət qayğılarıyla maraqlanaraq həlliylə bağlı addım atılacağını bildirib.Sədr bildirib ki, birinci qrup qazi Etiram Musayev bundan sonra da mütəmadi olaraq mənzilində ziyarət edilərək onu narahat edən məsələlərin həllinə öz dəstəyini göstərəcəkdir.Qazi Etiram Musayev döyüş xatirələrindən söhbət açıb və dövlət başçısına şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirərək Vətən müharibəsindəki Qələbənin Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi, xalqımızın igid oğullarının qəhrəmanlıqları nəticəsində qazanıldığını söyləyib.Təmraz Tağıyev Nərimanov bələdiyyəsinin hər daim şəhid və qazi ailələrinə göstərilən diqqətdən danışaraq, bələdiyyəyə edilən müraciətlərin hər biri bələdiyyə iclasında müsbət qarşılanaraq operatv şəkildə öz həllini tapdığını qeyd edib.Sədr bildirb ki, Nərimanov bələdiyyəsində bu günədək beş nəfər şəhid ailəsinin üzvü Nərimanov bələdiyyəsində işlə təmin edilmiş, 31 nəfər şəhid və qazi ailəsinə aylıq olaraq maddi dəstək göstərilir. Bununla yanaşı yeddi nəfər şəhid ailəsinin övladına aylıq təqaüd verilir.

Seçilən
81
patriot.az

1Mənbələr