AZ

Rvo kəndindəki iki binanın sakinləri mavi yanacaq tələb edir

Yayımlandı: 1 Oktyabr 2024 00:51 Yerli qaz idarəsi isə deyir, binanı mavi yanacaqla təmin etmək mümkün deyil  Lənkəranın Rvo kəndində hərəsində 12 ailə yaşayan iki yanaşı bina var. Cəmi 24 ailənin yaşadığı bu ikimərtəbəli binaların sakinləri illərdir ki, mavi yanacaq üçün aidiyyəti qurumlara müraciət edirlər.  “40 ildən çoxdur, bu binaya gəlin köçmüşəm. Binada mavi yanacaq yoxdur, uzun illərdir ki, hər yerə müraciət edirik. Gah deyirlər olacaq, gah da deyirlər, mümkün deyil”,  – bina sakini Şahnisə Mehdiyeva Meydan TV-yə belə deyir.Sakinmavi yanacağın olmaması üzündən qarşılaşdıqları çətinliklərdən danışır: “Bu binalara “sovxozun binaları” deyilir. O vaxt kənddəki sovxozda işləyənlər üçün tikilib. Sovxoz dağılandan sonra da sakinlər burada yaşamağa davam edib. Binadakı bəzi evlərin Çıxarışı da var. Əvvəldən evlərdə odun sobası quraşdırılıb. Qışda ikimərtəbəli bu binalarda bütün evlərdə odun sobası alışdırılır. Bəzən dəhizlərdə göz-gözü görmür. Odunun qiyməti qalxıb, bir qışı yola vermək üçün oduna 800 manat civarında pul xərcləyirik”.  “Pul da yığıldı, binaya baxış da keçirildi”  Sakinlərin istilik yaratmaq üçün ikinci alternativ yolu elektrik cihazlarıdır. Bu da başqa bir problemə yol açır: “Eyni vaxtda hamı elektrik cihazı qoşur. Bəzən elektrik naqilləri dözmür, qısaqapanmalar olur, binalar qışın ortasında günlərlə işıqsız qalır”. Sakinin sözlərinə görə, qaz idarəsinin nümayəndələri dəfələrlə binalara baxış keçirib, sakinlərlə danışıblar: “Pul da yığıldı, gah 25 manatdan yığdılar, sonra 7 manatdan yığdılar verdilər qaz idarəsinə, sonra idarənin işçiləri gəldi ki, binanı layihəyə salacağıq. Əvvəl dedilər martda çəkəcəklər, sonra avqusta qaldı, bu il də belə keçdi”.“Bu binalarda qoca, xəstə, uşaq var… Belə olmaz axı”, – şikayətçi deyjb. Lənkəran rayon Qaz İstismar İdarəsindən bildirilib ki, Rvo kəndindəki sözügedən ikimərtəbəli binaların daxilində sakinlər tərəfindən dəyişikliklər olub. Sakinlər binada artırmalar edib. Binanın hər mərtəbəsində ümumi istifadə üçün mətbəx, tualet və hamam varmış. İndi isə hər ailə öz mənzilində ayrıca mətbəx, tualet və vanna otağı tikib. Buna görə də həmin binaların qazlaşdırılması texniki cəhətdən mümkün deyil.İdarədən sakinlərdən yığılan vəsaitin taleyinə aydınlıq gətirilməyib. Meydan TV

Seçilən
106
xural.com

1Mənbələr