AZ

Serxio Peres karyerasını bitirir

“Red Bull”un pilotu Serxio Peres oktyabrın 25-27-si aralığında Mexikoda keçiriləcək “Qran-pri” zamanı “Formula-1”dən getdiyini elan edəcək.

Bu haqda həmkarımız Co Seyvud xəbər yayıb:

“Pereslə “Red Bull”un birgə hazırladığı plana görə pilot Meksikada karyerasını bitirdiyini elan edəcək. Bu bir tərəfdən idmançının daha yaxşı ayrılmasına xidmət edirsə, digər tərəfdən, “Red Bull”un Amerikadakı biznesinə zərbə vurmayan addım olmalıdı. “Red Bull” artıq 2025-ci il üçün yeni pilot axtarışına başlayıb”.

2021-ci ildən “Red Bull”un şərəfini qoruyan Peres ötən mövsüm vitse-çempion olub. 34 yaşlı meksikalı bu il 4 dəfə podiuma qalxıb. Ancaq mövsümün ikinci hissəsində bir dəfə də 6-cı yerdən yuxarı finişə çatmayıb, iki dəfə 17-ci olub.

Peresin komanda yoldaşı niderlandlı Maks Ferstappendi.
Seçilən
84
football-plus.az

1Mənbələr