AZ

Ermənistan tərəfi kütləvi məzarlıqlarla bağlı məlumatları vermir - Kamran Əliyev

Bakı. Trend:

Azərbaycanın Birinci Qarabağ müharibəsində itkin düşmüşvətəndaşlarımızla əlaqədar Ermənistandan təzminat tələbi ilə bağlıqaldırdığı iddialar üzrə proseslər də beynəlxalq hüquqi çərçivədəhəyata keçirilir.

Trend xəbər verirki, bunu baş prokuror Kamran Əliyev Bakıda jurnalistlərə deyib.

O qeyd edib ki, burada həm ölkə daxilində, həm də beynəlxalqmüstəvidə bizi təzminatdan daha çox itkin düşmüş şəxslərin taleyimaraqlandırır.

“Bu sahədə həm Dövlət Təhlükəsizliyi Xidməti, həm də Əsir vəİtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar DövlətKomissiyasının əməkdaşları ilə birgə tədbirlər həyata keçirilir.Zaman-zaman həmin itkin düşmüş şəxslərin qalıqlarının yeri müəyyənolunur, yaxınlarına təhvil verilir və adət-ənənələrə uyğun olaraqdəfn edilməsi təmin olunur. Təəssüflər olsun ki, Ermənistan tərəfihəmin kütləvi məzarlıqlarla bağlı məlumatları vermir. Ona görə dəçətinliklə də olsa bu proses həyata keçirilir. Bu sahədə xeyliirəliləyiş əldə olunub".

Seçilən
69
11
az.trend.az

10Mənbələr