AZ

Oğurlanan yarım milyon dollar dəyərindəki bir Ferrari, AirPods sayəsində tapılıb!

     Apple-ın cihazlarının uzaqdan tapılmasına imkan verən "Find My" texnologiyası tez-tez dəyərli əşyaların itirilməsinin qarşısını alır. ABŞ-ın Connecticut ştatında baş verən hadisədə isə bu xüsusiyyət, oğurlanmış bir Ferrari-nin tapılmasına kömək olub. 2023 model lüks idman avtomobilinin qiyməti 575 min dollar dəyərində olub. Waterbury, Connecticut-da baş verən hadisədə kimliyi naməlum bir şəxs Ferrari-ni oğurlamağa müvəffəq olub. Lakin oğru, həmin an avtomobilin içində AirPods qulaqlığının olduğuna diqqət etməyib. Bu yerdə isə Apple-ın "Find My" xüsusiyyəti işə düşüb. Bu xüsusiyyət sayəsində avtomobilin sahibi və polis maşını izləyə bilib.     Hadisə ilə bağlı polis hesabatına görə, Ferrari Greenwich adlanan ərazidə oğurlanıb. Daha sonra polis oğurlanmış avtomobili müəyyən edib və onu saxlayıb. Bunun ardınca maşını oğurlayan şəxs avtomobili kənara çəkdikdən sonra qaçaraq izini itirib. AirPods-u izləyən polis qrupları avtomobili bir yanacaqdoldurma məntəqəsində tapmağı bacarıb. Yarım milyon dəyərindəki bir avtomobilin oğurlandıqdan sonra 129 dollar dəyərindəki qulaqlıqlar sayəsində tapılması maraqlı bir hadisə kimi qeydə alınıb. Digər tərəfdən, bu vəziyyətdən çıxarıla biləcək dərslər də var. Avtomobillərin daha yaxşı qorunması və ya oğurlandıqda daha asan tapılması üçün AirTag kimi texnologiyalar da istifadə edilə bilər. Apple və Samsung kimi şirkətlərin bu məqsədlə istifadə oluna biləcək məhsulları mövcuddur.

Seçilən
36
technote.az

1Mənbələr