UEFA Çempionlar Liqasında Liqa mərhələsinin II turuna bu gün start veriləcək.
Bakıvaxtı.az xəbər verir ki, maraqlı görüşlərdən biri İngiltərədə "Arsenal" və PSJ arasında keçiriləcək.
İtaliyanın "Milan" komandası səfərdə "Bayer 04"ün qonağı olacaq. "Barselona" isə doğma meydanda İsveçrə təmsilçisi "Yanq Boys"la qarşılaşacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
II tur
1 oktyabr
20:45. "Zaltsburq" (Avstriya) - "Brest" (Fransa)
20:45. "Ştutqart" (Almaniya) - "Sparta" (Çexiya)
23:00. "Arsenal" (İngiltərə) - PSJ (Fransa)
23:00. "Barselona" (İspaniya) - "Yanq Boys" (İsveçrə)
23:00. "Bayer 04" (Almaniya) - "Milan" (İtaliya)
23:00. "İnter" (İtaliya) - "Srvena Zvezda" (Serbiya)
23:00. "Borussiya" (Dortmund, Almaniya) - "Seltik" (Şotlandiya)
23:00. PSV (Niderland) - "Sportinq" (Portuqaliya)
23:00. "Slovan" (Slovakiya) - "Mançester Siti" (İngiltərə)
Qeyd edək ki, Liqa mərhələsinin II turuna sabah keçiriləcək 9 oyunla yekun vurulacaq.