AZ

İsiba Yaponiyanın baş naziri seçildi


Yaponiyanın hakim Liberal Demokrat Partiyasının (LDP) sədri Siqeru İsiba parlamentdə ölkənin 102-ci baş naziri seçilib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, deputatların əksəriyyəti ona səs verib.
Aşağı palatada səsvermənin nəticələrinə görə, İsiba 465 səsdən 291, Konstitusiya Demokrat Partiyasının lideri Yosixiko Noda isə 100 səs toplayıb.
Hazırda LDP və “Komeyto” partiyasının hakim koalisiyasının çoxluq təşkil etdiyi parlamentin yuxarı palatasında da İsibanın namizədliyi üçün səsvermə gedir, lakin aşağı palatanın qərarı prioritetdir.
İsiba yaxın saatlarda hökumət quracaq. Çoxsaylı yerli media mənbələrinə görə, Nazirlər Kabinetinin Baş Katibi, hökumətdəki “ikinci adam”, LDP-nin rəhbəri postu üçün seçkilərində İsibanın rəqibi olan Yosimasa Hayasi, eləcə də “Komeyto” partiyasından Dövlət Torpaqları, İnfrastruktur və Nəqliyyat naziri Tetsuo Sayto hökumətdəki yerlərini qoruyacaq. İsiba hökumətində müdafiə naziri mərhum keçmiş baş nazir Sinzo Abenin dövründə 2014-2016-cı illərdə artıq müdafiə naziri olmuş Gen Nakatani, xarici işlər naziri isə başqa bir keçmiş müdafiə naziri Takesi İvaya olacaq. Günün ikinci yarısında yeni hökumətin tərkibi imperator Naruxito tərəfindən təsdiqlənəcək.
Seçilən
31
yeniavaz.com

1Mənbələr