AZ

Livan ordusu İsraillə sərhəddən çəkildiyini təkzib edib

Livan ordusunun İsraillə sərhəddən çıxarılması barədə məlumat təkzib edilib...

Livan qoşunları İsrail ordusunun reydlərinin başlamasından sonra İsraillə sərhəddən geri çəkilmələrini təkzib ediblər.

Poliqon xəbər verir ki, bu barədə İranın Press TV telekanalı özünün Telegram kanalında məlumat yayıb.

Xatırladaq ki, İsrail ordusu Livanın cənubunda quru əməliyyatına başladığını elan edib. İDF Livanın cənubundakı “Hizbullah” hədəflərinə və infrastrukturuna qarşı məhdud, lokallaşdırılmış və hədəflənmiş quru reydlərinə başlayıb. Hədəflər sərhədə yaxın kəndlərdə yerləşir və İDF-yə görə İsrailin şimalındakı məskunlaşan ərazilər üçün təhlükə yaradır.

Qeyd edək ki, bundan əvvəl Livan ordusunun İsraillə sərhədə yaxın mövqelərdən geri çəkildiyi bildirilirib.

Bu barədə Reuters Agentliyi məlumat yayıb.

“Livan ordusunun İsraillə cənub sərhəddindəki bir sıra mövqelərdən geri çəkildiyi görülüb”, deyə Reuters yazıb.

Poliqon.info

Seçilən
41
poliqon.info

1Mənbələr