AZ

"Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi keçirilib

Bakı. Trend:

"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və ÖzbəkistanRespublikası Müdafiə Nazirliyi arasında imzalanan 2024-cü il üçünikitərəfli əməkdaşlıq Planı”na əsasən, iki ölkə arasında keçirilən"Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təlimininaçılış mərasimi olub.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Açılış mərasimində hər iki ölkənin ərazi bütövlüyü uğrunda şəhidolanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan vəÖzbəkistan respublikalarının Dövlət himnləri səsləndirilib.

Tədbiri açıq elan edən general-mayor Vüqar Əliverdiyeviştirakçıları və qonaqları salamlayıb.

Bildirilib ki, bu təlim hər iki ölkənin hərbi əməkdaşlığınıgücləndirmək və ortaq regional təhlükəsizlik probleminin həllinəbirlikdə yanaşmaq məqsədini daşıyan əhəmiyyətli bir addımdır.

Qeyd olunub ki, "Məharət-2024" təliminin əsas məqsədi müttəfiqqüvvələrin koordinasiyasını və effektivliyini artırmaq, stratejitərəfdaşlığımızı inkişaf etdirməkdir.

Məqalədə:
Seçilən
21
15
az.trend.az

10Mənbələr