AZ

Bakıda vəzifəli və tanınmış şəxslər dələduzluq qurbanı oldu

Bakıda özünü təmir-tikinti firmasının rəhbəri kimi təqdim edərək çox sayda vətəndaşa qarşı dələduzluq əməli törətməkdə təqsirləndirilən Vüsal Hüseynağa oğlu Bağırovun barəsindəki cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və yaxın günlərə məhkəmə prosesi başlayacaq.

Cinayət işi üzrə 23 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Onların arasında vəzifəli şəxslər, professor və sair var.

Vüsal Bağırov 2022-ci ildə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə) və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ittiham irəli sürülüb. Lakin sonradan cinayət qurbanlarının sayı və dəymiş zərərin məbləği kəskin artıb.

V.Bağırovdan yeni şikayətlər daxil olub və onun ittiham edildiyi maddə dəyişdirilərək cinayət işi 178.3.2-ci, yənii külii miqdardr zərər vurmaqla dələduzluq maddəsinə tövsif edilib.

Kərim Abbaszadə

Seçilən
31
bakivaxti.az

1Mənbələr